Yuxuda yumurta görmək

Yuxuda yumurta görmək

Yuxuda yumurta görmək mənası nədir?

Yuxuda yumurta görmək pul, xoşbəxtlik və evlilik deməkdir. Yuxu sahibi evlidirsə, yaxın gələcəkdə yaxşı mülk sahibi olmaqla yüksək gəlir əldə edəcəyinə işarə edir. Yuxu görən subaydırsa, evliliyə doğru sərvətlə irəliləyəcəyinə yozulur. Həmçinin yuxularında yumurta görən insanlar üçün bu yuxu uşaq deməkdir. Bu yuxu gələcəkdə fəxr edəcəyiniz bir övlad sahibi olacağınıza işarədir. Yumurtalar hər kəsin yuxusunda müxtəlif formada görüldüyündən fəqli mənalara yozulur. Təbii ki, bu vəziyyət daim dəyişir və müxtəlif yumurta ilə bağlı yuxular görülür. Bu baxımdan insanlar gördükləri yuxular əsasında mütəxəssis yuxu tərcüməçilərinin yozumlarını oxumağa çalışırlar. Biz sizə yumurta görməyin bir neçə açıqlamasını şərh edəcəyik.

Yuxuda yumurta toplamaq

Yuxuda yumurta toplamaq yuxu sahibinin biznesdə mühüm mövqelərə çatacağına işarə edir. Vəzifə  sahibi olacağını və yaxşı maaş və yüksək gəlir əldə edəcəyini ehtimal etmək olar. Yuxu tərcüməçiləri bu yuxunu görən insanlar üçün həm də dinc və xoşbəxt bir həyat sürəcəyini, ailəsi ilə heç bir problem yaşamadan yaxşı bir həyat sürəcəyini açıqlayırlar.

Yuxuda qaynadılmış yumurta görmək

Yuxuda qaynadılmış yumurta görmək, yuxu sahibinin sahib olduğu dəyərləri və insanları dəyərləndirməli olduğuna işarə edir. Bu həm də uzun müddətdən sonra doğru yola qayıdacağına və xoşbəxt olacağına işarə edir. Verilən zəhmətlərin boşa çıxmayacağı və ən yaxşı şəkildə mükafatlandırılacağı açıqamaları verilir.

Yuxuda sınmış yumurta görmək

Yuxuda sınmış yumurta görmək və ya qırıq yumurta görmək, yuxu görənin arzularının tezliklə gerçəkləşəcəyinə işarədir. Bu həm də o deməkdir ki, insan öz yaxın ətrafından kimisə incidəcək və bunu dərk etdikdən sonra böyük bədbəxtlik və kədər hissi keçirəcək. Həm müsbət həm də mənfiyə yozulan bu yuxu yuxu sahibinin yuxusundan asılı olaraq dəyişə bilər.

Yuxuda birdən çox yumurta görmək

Yuxuda birdən çox yumurta görmək yuxu sahibinin bir çox fərqli iş imkanları ilə qarşılaşacağına işarədir. Ancaq bu, bir xəbərdarlıqdır ki, bu qərarı verməzdən əvvəl ailə ağsaqqalları ilə məsləhətləşsin. Yuxularında birdən çox yumurta görən insanların evlərində bolluq və bərəkət olacağına da işarə edilir. Tələsmədən sağlam addımlar ataraq qərarlar vermək yuxu sahibinin istədiyi mövqeyə çatacağına işarə edir.

Yuxuda yumurta sarısı görmək

Yuxuda yumurta sarısı görmək, sarı rənginə görə qızıl deməkdir. Bu yuxunun mənası yuxu görənin evləndikdən sonra sarı övladı olacağına da işarə edir. Önümüzdəki illərdə böyük miqdarda pul qazanacağınıza və parlaq və xeyirli bir övlad sahibi olacağınıza işarədir. Yuxuda yumurta sarısı xoş xəbər, xeyirli övlad və ruzi deməkdir.

Yuxuda bişmiş yumurta görmək

Yuxuda bişmiş yumurta görmək, yuxu sahibinin ailəsi ilə mübahisə edəcəyinə işarədir. Bu vəziyyəti düzəltmək üçün ailənin böyüklərinin araya girib yenidən barışacağına işarə edir. Bu həm də insanın həm təhsildə, həm də iş həyatında bəzi çətinliklərin öhdəsindən gələcəyi anlamına gəlir. Hər bir halda baş verə biləcək sıxıntıların öhdəsindən gələ bilmək üçün ailə böyüklərinizin məsləhətlərinə qulaq asmağınız tövsiyə olunur.

Yuxuda yumurta kartonu görmək

Yuxuda yumurta kartonu görmək yuxu görənin bəzi uğursuz vəziyyətlərlə qarşılaşacağına işarədir. Yuxu sahibi  üçün pis yuxular arasında olan bu yuxu heç də xeyrə yozulmur. Adamın başına bəla olacağı haqqında da açıqlamalar var. Bu yuxunu görən şəxs xeyli diqqətli olmalı və rəvan addımlarla işlərini yoluna qoymalıdı.

Yuxuda yumurta soymaq

Yuxuda yumurta soymaq nə deməkdir? Yuxuda özünü bişmiş yumurtanın qabığını soyduğunu görən hər kəs var-dövlətə qovuşar. Ona görə də yumurtanın ağı gümüş, sarısı isə qızıldır. Yumurta həm də uşaqlara, qana və qulluqçulara işarədir. Yumurtanın yuxuda görülməsi çox fərqli mənalara yozulsa da əsasən yaxşı anlamlar daşıdığı xüsusilə qeyd edilir. Amma biməyinizdə fayda var ki, yuxuda yumurta görmək bəzən qəbirlərə, gözəl qadına, qohumların və dostların bir araya gəlməsinə və pul qənaətinin olunmasına da işarə edilir.

CATEGORIES
Share This